Gündəm / Dünya
26 sentyabr 2022
19
Rusiyada məktəb faciəsi ilə bağlı matəm elan olundu
Rusiyanın Udmurtiya Respublikasında məktəbdə baş vermiş faciə ilə əlaqədar 3 günlük matəm elan olunub.
Bu gün səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində həlak olanların sayı 13 nəfərə yüksəlib. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 14 uşaq yaralanıb.
Atəş açan şəxs özünü güllə ilə vuraraq intihar edib. Onun kimliyi hələlik məlum deyil.

Daha çox xəbər: