Dünya
18 oktyabr 2021
19
Rusiyada məktəbdə atışma oldu
Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub.
Millinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları insidenti törədən şəxsi saxlayıb.
Məlumata əsasən, sözügedən şəxs 6-cı sinif şagirdidir. Bildirilir ki, o, odlu silahdan divara və tavana iki atəş açıb.
İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatı araşdırılır.
Xatırladaq ki, cari ilin sentyabrın 20-də Rusiyanın Perm Universitetində I kurs tələbəsi Timur Bekmansurov silahlı hücum təşkil etmiş, nəticədə 8 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı.

Daha çox xəbər:

Rusiyada universitetdə atışma: Ölənlər var - VİDEO (YENİLƏNİB)
Dünya
ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var
Hadisə / Dünya
ABŞ-da məktəbdə atışma: 1 ölü, 7 yaralı
Hadisə
ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var
Hadisə
Şri-Lankada atışma nəticəsində 15 nəfər ölüb
Hadisə