Dünya / Səhiyyə
05 may 2020
31

AK rəhbəri koronavirusa qarşı peyvəndin əlverişli qiymətə olmasını zəruri hesab edir

Milliinfo.az

AK rəhbəri koronavirusa qarşı peyvəndin əlverişli qiymətə olmasını zəruri hesab edir



AK rəhbəri koronavirusa qarşı peyvəndin əlverişli qiymətə olmasını zəruri hesab edir


SARS-CoV-2 koronavirusun yayılması problemini həll etmək, həmçinin ona qarşı bir peyvənd yaratmaq və bu dərmanı istehsal etmək yalnız qlobal və kordinə edilmiş addımlar yolu ilə mümkündür.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "DW"yə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Layen açıqlama verib.

"Dünyanın hər bir nöqtəsində onun ədalətli və əlverişli qiymətlərə satılmasına zəmanət verilməlidir. Bunun üzərində işləyirik və bunun üçün vəsait lazımdır", fon der Layen bildirib.

O qeyd edib ki, mayın 4-də donor konfransı keçiriləcək, burada peyvənd yaratmaq üçün 7,5 milyard avro toplamaq planlaşdırılır.