Dünya / Səhiyyə
10 iyul 2020
67
Venesuela parlamentinin rəhbərində COVID-19 aşkarlandı
Milliinfo.az
Venesuelanın Milli Müəssislər Məclisinin başçısı Diosdado Kabeloya koronavirus diaqnozu qoyulub.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə o özü “Twitter”dəki səhifəsində bildirib.
Siyasətçi qeyd edib ki, onun COVID-19 testinin nəticəsi müsbət olub.
"Mən artıq təcrid edilirəm və təyin edilmiş müalicə kursu keçirəm", - Kabelo yazıb.
Qeyd edək ki, Venesuela dünyada koronavirusa yoluxma hallarının sayına görə 76-cı yerdədir. Son məlumatlara görə, ölkədə koronavirusa 8 008 yoluxma qeydə alınıb. Ölkədə 75 nəfər virusun qurbanı olub. Hazırda Venesuelada 5 833 aktiv koronavirus xəstəsi var.

Daha çox xəbər:

ABŞ-da koronavirusdan ölənlərin sayı 55 minə, yoluxma 1 milyona yaxınlaşır
Dünya / Səhiyyə
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Səhiyyə
ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı
Dünya / Səhiyyə
Rusiya koronavirus infeksiyasına yoluxma sayına görə COVID-19-un “vətəni” Çini geridə qoyub
Dünya / Səhiyyə
Meksikada bir gündə COVID-19-a 1 383 nəfər yoluxdu
Dünya