Dünya
04 may 2020
49

Meksikada bir gündə COVID-19-a 1 383 nəfər yoluxdu

Milliinfo.az

Meksikada bir gündə COVID-19-a 1 383 nəfər yoluxdu



Meksikada bir gündə COVID-19-a 1 383 nəfər yoluxduMeksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Uqo Lopes-Qatel bildirib ki, bir gün ərzində ölkədə koronavirusa 1 383 yoluxma halı aşkarlanıb. Son sutkada 93 nəfər COVID-19-dan ölüb.

"24 saat ərzində COVID-19-a 1 383 yeni yoluxma qeydə alınıb", - nazirlik rəsmisi deyib.

Meksikada COVID-19-a yoluxma ilk dəfə fevralın 28-də aşkar olunub. Həmin gündən indiyə kimi ölkədə virusa ümumilikdə 23 471 insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.