Dünya / Səhiyyə
04 may 2020
38

Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötdü

Milliinfo.az

Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötdü



Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötdüPandemiya ərzində Almaniyada koronavirusdan demək olar ki, 6,7 min insan ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-a yoluxmanın statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, koronavirusun ölkədə yayılması ərzində həkimlər ümumilikdə 163 175 insanda virus aşkarlayıblar, ötən gün ərzində xəstələrin say artımı 679 nəfər təşkil edib.

Qeyd edilir ki, AFR-də ötən gün ərzində koronavirusdan 43 nəfər ölüb. Şənbə günü bu rəqəm 74 təşkil edib. Beləliklə, Almaniyada COVID-19-dan ölənlərin ümumi sayı 6 692 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxmuş 132,7 min insan sağalıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada aşkar edilib. Burada 42 997 nəfər koronavirusa yoluxub. Şimal Reyn-Vestfaliyada (33 560) və Baden-Vürtemberqdə (32 411) də virusa yoluxma yüksəkdir.

Bildirilir ki, Berlində COVID-19 yoluxma ilə bağlı 6 010 hal qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.