Dünya / Səhiyyə
12 iyul 2020
50
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
Milliinfo.az
Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.
"Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı", - Tarasov deyib.
Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.
Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.
"Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur", - Lukaşev deyib.

Daha çox xəbər:

Vaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
Səhiyyə
Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər
Dünya
Azərbaycanda koronavirusun bitəcəyi yeni tarix açıqlandı 29 Aprel, 2020 14:09
Cəmiyyət
İlk dəfə bir nazir koronavirusda ikinci dalğaya girdiklərini açıqladı
Gündəm
Koronavirusun daha bir simptomu aşkarlandı
Dünya / Səhiyyə