Dünya
30 sentyabr 2024
0

Putin: Ukraynada xüsusi əməliyyat buna görə başladı!

Putin: Ukraynada xüsusi əməliyyat buna görə başladı!

2014-cü ildən sonra Qərb Ukraynanı cənub-şərqə qarşı yeni cəza əməliyyatına, Krıma və Rusiyanın digər bölgələrinə hücumlara hazırladı. Bu da xüsusi hərbi əməliyyatın əsaslılığını və azadedici xarakterini təsdiqləyir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Donbas və Novorossiya regionları ilə “birləşmə günü”ndəki videomüraciətində deyib.

Onun sözlərinə görə, 2014-cü ildən sonra Ukraynanı antirusiya tramplininə çevirən Qərb elitaları sistemli şəkildə nifrət və radikal millətçilik aşıladı, Rusiyaya məxsus hər şeyə qarşı düşmənçiliyi qızışdırdı, silah-sursat verdi, muzdlular və müşavirlər göndərdi, Ukrayna ordusunu yeni müharibəyə hazırladı ki, 2014-cü ilin yazında və yayında olduğu kimi, yenə də cənub-şərqdə cəza tədbiri təşkil etsinlər:

“Hədəf olaraq təkcə Donbas deyil, Krım və Rusiyanın digər bölgələri də müəyyən edildi. Hadisələrin sonrakı inkişafı xüsusi hərbi əməliyyatın zəruriliyini, əsaslılığını və onun həqiqətən azadedici xarakterini tam təsdiqlədi”.