Dünya
07 dekabr 2024
0

İran həmin xəbərləri təkzib etdi

İran həmin xəbərləri təkzib etdi

İran Xarici İşlər Nazirliyi (XİN) Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib.

Bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Bəqai “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edib ki, məlumatlar həqiqəti əks etdirmir:

“İran səfirliyi Dəməşqdə adi rejimdə fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, daha əvvəl “The New York Times” qəzeti mənbələrə istinadən İranın Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başladığını yazmışdı.