Dünya
23 mart 2022
29
"Belarus Ukrayna sərhədlərinə hərbi texnika toplayır" - Ukrayna MN
Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun son sutka ərzində döyüş meydanında baş verən hadisələrlə bağlı rəsmi informasiyasında bildirilib ki, Ukrayna müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirir.
“Qoşunlarımız rusların Slovyansk və Lozova istiqamətində hücumu bərpa etmələrinə imkan vermirlər. Həmçinin Krivoy Roq və Novovorontsovka istiqamətlərində rusların hücumlarının qarşısı alınır. Mariupolun müdafiəsi təmin olunur. Əsas səylər dövlət sərhədinin mühafizəsinə, Malin bölgəsində qarşı tərəfin hücumunun qarşısının alınmasına yönəldilib. Rusların Kiyev istiqamətində irəliləməsinin qarşısı alınır. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi davam edir”, - Müdafiə Nazirliyindən qeyd olunub.
Məlumata görə, son 24 saat ərzində Rusiya təyyarələrinin fəal hərəkətləri və raket zərbələri qeydə alınıb: “Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qarşı tərəfin hücumlarını dəf edir. Son sutkada onların 6 hərbi təyyarəsi, 5 PUA-sı, 1 helikopteri, 5 qanadlı raketi vurulub. Rusiya gizli səfərbərliyi davam etdirir”.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 28-ci günüdür.
Daha çox xəbər:
Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi - VİDEO
Gündəm / Cəmiyyət“Rusiya ilə sərhəddə vəziyyət ağır olaraq qalır” - Ukrayna MN
Gündəm / DünyaUkrayna Rusiyanın itkilərinin sayını AÇIQLADI
Gündəm / DünyaRusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB
Gündəm / DünyaUkrayna-Rusiya danışıqlarının üçüncü raundu bu gün keçiriləcək
Gündəm / Dünya