Gündəm / Dünya
07 mart 2022
28
Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu bu gün keçiriləcək
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.
Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.
Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.
Daha çox xəbər:
Rusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB
Gündəm / DünyaRusiya-Ukrayna böhranına bu iki liderin vasitəçiliyi son qoya bilər – Əliyev və Ərdoğan
Gündəm / Dünya"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / DünyaMilli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / DünyaGUAM PA Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatları pisləyib
Siyasət / Dünya