Dünya
12 may 2022
25

"Rusiyaya görə bəzi ölkələrdə qıtlıq böhranı yaşanır" - Bayden

"Rusiyaya görə bəzi ölkələrdə qıtlıq böhranı yaşanır" - Bayden


"Rusiyanın Ukrayna ilə müharibəsi və Ukrayna limanlarının Rusiya tərəfindən bağlanması səbəbindən dünyada bir çox insan qida böhranından aclıq təhlükəsi ilə üzləşib".

Bu sözləri ABŞ prezidenti Co Bayden mətbuata açıqlamasında bildirib.

"Putinin başlatdığı müharibə buğda, qarğıdalı və bitki yağı istehsalçısı olan Ukraynanı kəsib. Məsələn, Ukrayna deyir ki, onların anbarlarında 20 milyon ton taxıl var. 20 milyon ton və siz bilirsiniz, bu taxıl bazara getmir - Afrikada bir çox insan aclıqdan öləcək, çünki Ukrayna bəzi ölkələrdə yeganə təchizatçıdır”, - deyə Birləşmiş Ştatların Prezidenti bildirib.

Həmçinin Bayden qeyd edib ki, Rusiya hərbi gəmiləri tərəfindən blokadaya alındığı üçün Ukrayna limanlarına çıxış yoxdur. Ona görə də bu taxılı ixrac etmək mümkün deyil.