Dünya
28 may 2022
18
Ukraynada ölən uşaqların sayı 242-yə çatdı

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb.
Məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 888 təhsil müəssisəsinə ziyan dəyib, 180-i isə tamamilə dağıdılıb.
Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Daha çox xəbər:

Ukraynada müharibə başlayandan 191 uşaq həlak olub
Gündəm / Dünya
Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
Cəmiyyət
Rusiyanın hücumu Ukraynada 2 mindən çox insanın həyatına SON QOYDU
Gündəm / Dünya
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
Gündəm / Dünya
Ukraynada 3 752 dinc sakin öldürülüb - BMT
Dünya