Gündəm / Dünya
07 aprel 2022
37
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yerləşən yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.
Bu, Ukrayna ordusu bölmələrinin hücumu nəticəsində baş verib.
Daha əvvəl müdafiə naziri Aleksey Reznikov deyib ki, müdafiəçilər Xerson vilayətində işğalçıları geri oturdublar.

Daha çox xəbər:

Ukrayna ordusu bu ərazilərə nəzarəti geri qaytardı
Dünya
Rusiya ordusu Xerson şəhərini ələ KEÇİRDİ
Gündəm / Dünya
Ukrayna ordusu Rusiyanın desant gəmisini MƏHV ETDİ
Dünya
"Belarus Ukrayna sərhədlərinə hərbi texnika toplayır" - Ukrayna MN
Dünya
Ukrayna DİN itkilərini açıqlayır - Yenilənir
Gündəm / Cəmiyyət