Dünya
10 oktyabr 2022
8
Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər
"Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqlar İstanbulda keçirilə bilər"
Bunu Türkiyə və Aİ parlament komitəsinin sədri İsmayıl Emrah Karayel deyib.
Onun sözlərinə görə, Türkiyə regionda gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istəyir və bunun üçün çalışır.
“Biz güman edirik ki, tərəflər razılaşarsa, İstanbul danışıqlar məkanına çevrilə və bütün tərəflər üçün məqbul bir yer ola bilər”, - deyə siyasətçi bəyan edib.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilib. Məlumata görə, müvafiq təklif artıq “vacib və özəl” diplomatik kanallar vasitəsilə Vaşinqtona çatdırılıb. Amerika tərəfdən planla bağlı ilk şərhlər çox müsbət olub.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın da Rusiya ilə Ukrayna arasında mümkün danışıqların bərpa oluna biləcəyini açıqlayıb. (oxu.az)
Daha çox xəbər:
Rusiya-Ukrayna böhranına bu iki liderin vasitəçiliyi son qoya bilər – Əliyev və Ərdoğan
Gündəm / Dünya“Ukraynada vəziyyət narahatlıq yaradır" - Ceyhun Bayramov
Gündəm / SiyasətRusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB
Gündəm / DünyaRusiya-Ukrayna danışıqları başladı - CANLI
Gündəm / Dünya"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / Dünya