Gündəm / Cəmiyyət
01 dekabr 2022
79
İrandan Azərbaycana erməni dilində yazıları olan mallar gətirilib - VİDEO
Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkar edilib.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, indiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub:
"Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.
Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.
Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?
Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır".
Daha çox xəbər:
İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirmək istədi
Gündəm / HadisəBu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
Gündəm / CəmiyyətGömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
Cəmiyyət / Hadisə“Xanoba” gömrük postunda tikinti işlərinin aparılmasına 4 milyon manat ayrılıb
Siyasət / İqtisadiyyatAlkaqollu içkilərin və siqaretlərin aksiz dərəcəsi ARTIRILDI
Gündəm / İqtisadiyyat