Gündəm / Dünya
07 dekabr 2022
13
Belarusda dövlətə xəyanətə görə ölüm cəzası
Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək.
Bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib.
Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.
Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir.
Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.
Daha çox xəbər:
Bu ölkədə ölüm hökmü ləğv olundu
Gündəm / Dünyaİranda etirazçıların edam olunmasına başlanılır
Gündəm / DünyaDövlətə xəyanət ittihamı ilə tutulan redaktorun cəzası azaldıldı
Gündəm / Siyasət"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / Cəmiyyət168 nəfəri qətlə yetirdi, ölüm anındakı SON İSTƏYİ DƏHŞƏTƏ SALDI - FOTO
Hadisə