Gündəm / Siyasət / Dünya
07 dekabr 2022
19
Böyük Britaniyanın qüdrətli Çin qorxusu
Kapitalizmə məxsus böhranları, işsizliyi, yoxsulluğu ölkəsində bərqərar etdiyi sosialist idarəçiliyi metodları vasitəsilə tam ləğv edən Çin Xalq Respublikasının misilsiz nailiyyətlərini kapital dünyası, o cümlədən Böyük Britaniyanın baş naziri Rishi Sunak həzm edə bilmir. Yeni baş nazir kommunist ideologiyasının hakim olduğu Çinə qarşı sərt mövqe sərgilədiyi diqqətdən kənarda qalmayıb. O, Çinin kapitalist ölkələrinə yaratdığı təhdidlərə qarşı inandıqları dəyərləri müdafiə etməyə çağırıb.
Rishi Sunak deyib ki, Böyük Britaniyanın üzləşdiyi bütün problemlər arasında Çin Kommunist Partiyasından gələn təhdidlər daha təhlükəlidir. Pekinə daha çox diqqət yönəlməlidir. Çinin narahatedici fəaliyyətləri ilə mübarizə üçün ayrılan resursların həcmi daha da artırılmalıdır. Rusiya və İrandan gələn gizli təhdidlərə qarşı əhəmiyyətli səyləri davam etdiriləcəkdir.
Böyük Britaniyanın baş naziri Rishi Sunakın hazırki dünyada sosializmin mərkəzi olan Çin Xalq Respublikasına və ona dost ölkə olan Rusiyaya qarşı kəskin mövqeyi ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinovun münasibətini öyrəndik:
“Böyük Britaniyanın baş naziri Rişhi Sunakın Çin və Rusiyaya qarşı bir sıra sərt bəyanatlar verən və Zelenski rejiminə əlavə yardım vəd edən çıxışı olub. Yeni baş nazirin çıxışı ilə Çörçillin Fultondakı məşhur çıxışı arasında bəzi paralellər aparmaq olar” - Partiya rəhbəri bildirdi.
Ədalət Abdinov dedi: “İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra planetdə iki qütb formalaşdı - güclənən Amerika Birləşmiş Ştatları, itkilərə, dağıntılara baxmayaraq güclənməkdə olan və bir sıra qüvvələri ətrafında birləşdirməyə başlayan Sovet İttifaqı. SSRİ-nin timsalında kommunist ideologiyası, sülh uğrunda, imperializmə və müstəmləkə zülmünə qarşı mübarizə planetin bir çox ölkələri və xalqları üçün cəlbedici oldu. Dünya sosializm sistemi yaradılırdı. Kollektiv Qərb bunu özü üçün təhlükə kimi görür və artan sovet təsirini dayandırmağa çalışırdı. Soyuq müharibə başladı”.
“SSRİ dağılandan sonra Qərb qərara gəldi ki, birqütblü dünya erası başlayıb. Amma uzun sürmədi. Rusiya və Çin yeni ağırlıq mərkəzlərinə çevrilirlər. Onlar Qərb dünya nizamına meydan oxuyur, neokolonializm və imperializmə qarşı çıxırlar. Başqa ölkələr və xalqlar onlara ümidlə baxırlar. Anqlosaksların təbii ki, bu, xoşuna gəlmir” – Ədalət Abdinov vurğuladı.
Ədalət Abdinov qeyd etdi ki, Rişhi Sunaka gəlincə, situasiyanın paradoksu və hətta iyrıncliyi ondan ibarətdir ki, onun əcdadları Hindistandan, Britaniya müstəmləkə zülmünü tam yaşamış bir ölkədəndir. Beləliklə, o, əslində tarixi vətəninə xəyanət edir.
Ədalət Abdinov diqqəti tarixi bir məqama yönəltdi: “Belə bir fikir var ki, Hindistan guya Mahatma Qandinin zorakılıqsız müqavimət konsepsiyasının köməyi ilə Britaniya hökmranlığından xilas olub. Yəni hindlilər zorakılığa əl atmadılar, lakin Britaniya müstəmləkəçiliyini məğlub edə bildilər, ona görə də bu qələbə demək olar ki, qansız oldu. Ancaq bu bir aldanışdır. Əslində, SSRİ-nin Böyük Vətən Müharibəsində qələbəsi olmasaydı, Sovet İttifaqının alman nasizminin və yapon militarizminin məğlub edilməsində həlledici töhfəsi olmasaydı, Hindistan hələ də Britaniyanın müstəmləkəsi kimi qala bilərdi. Yəni bu ölkənin azadlığı başqa şeylərlə yanaşı, sovet əsgərlərinin həyatı ilə də qazanılıb”.
“Məsələ burasındadır ki, məhz 1945-ci ildə SSRİ-nin qələbəsindən sonra müstəmləkə sisteminin Qərb tərəfindən qorunub saxlanması praktiki olaraq qeyri-mümkün oldu. Və 20-30 il ərzində dağıdıldı. Hindistan isə müharibədən cəmi bir neçə il sonra azad edilməli idi. Niyə? Çünki dünyada yeni bir güc qütbü - SSRİ meydana çıxdı, bütün anti-müstəmləkə azadlıq hərəkatları ona istiqamətlənməyə başladı. Bu, müstəmləkəçiliyin süqutunu əvvəlcədən müəyyənləşdirdi. Bu gün Rusiya və Çin belə qütblərə çevrilirlər. Rişi Sunak onlara qarşı çıxdıqda, həqiqi müstəqillik uğrunda mübarizə aparan bütün dünya xalqlarının birləşmə mərkəzlərinə qarşı çıxır” – Ədalət Abdinov əlavə etdi.

Vaqif Nəsirov
Daha çox xəbər:
Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi
Gündəm / CəmiyyətPompeo ABŞ-ın Çinin hərbi potensialını artırmasından narahat olduğunu bildirib
Siyasət / DünyaConsonu bu şəxslər əvəz edə bilər - SİYAHI
Gündəm / DünyaÇin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq
DünyaABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər
Siyasət / Dünya