Gündəm / Cəmiyyət
16 dekabr 2022
15
Pakistandan Laçın yolundakı aksiyalara DƏSTƏK
Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Şuşadan keçən Xankəndi-Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub.
Bu barədə Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu bəyanat yayıb.
"Ətraf mühitin monitorinqi ekoloqlar və eko-fəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı eko-fəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək”, - deyə bəyanatda vurğulanıb.
Öz növbəsində, Gənclər Diplomatiyası Forumu insanlar üçün təhlükə yaradan, həm də ətraf mühitə ziyan vuran mina təhlükəsi ilə bağlı vəziyyətin monitorinqi üçün şəraitin yaradılmasına çağırış edib.
Daha çox xəbər:
Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalanıb
Gündəm / SiyasətAzərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək
DünyaAzərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək
GündəmAzərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Gündəm / Cəmiyyət"Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq" - Hikmət Hacıyev
Gündəm / Siyasət