Gündəm
02 avqust 2021
31

Azərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək

Azərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək

Azərbaycanlı ekoloqlar Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları ilə əlaqədar türkiyəli həmkarlarına dəstək olublar.

Bununla bağlı İctimai Ekoloji Şuranın üzvləri bəyanat yayıb. Bəyanatda deyilir:

“Qardaş Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları bizi də dərindən kədərləndirdi və sarsıtdı. Biz-İctimai Ekoloji Şuranın üzvləri, ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındayıq. Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq”.