Gündəm / Sosial
19 dekabr 2022
10

Bu məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır

Bu məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır


Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.