Gündəm / İqtisadiyyat
01 fevral 2022
38
Aİ-92 benzini gömrük rüsumundan azad OLUNDU

Azərbaycana gətirilən Aİ-92 markalı benzin bu gündən gömrük rüsumundan azad edilib.
Bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, fevralın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu ləğv olunur.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən isə fevralın 1-dən Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilir.
Bu Qərar 2022-ci il 1 iyun tarixinədək qüvvədədir.

Daha çox xəbər:

Baş nazirdən toyuq ətinin qiyməti ilə bağlı QƏRAR
Gündəm / Cəmiyyət
Bu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
Gündəm / Cəmiyyət
Baş nazirdən kərə yağının qiyməti ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Dörd ayda ölkəyə 17 mindən çox avtomobil gətirili
İqtisadiyyat
Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
Cəmiyyət / Hadisə