Gündəm / Cəmiyyət
30 dekabr 2021
218
Baş nazirdən toyuq ətinin qiyməti ilə bağlı QƏRAR
Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlər daha iki il uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı idxal olunan toyuqlar və onların hissələrinin 1 kq-na 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək.
Bundan öncə bu məhsulların 1 kq-na 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.
Daha çox xəbər:
Baş nazirdən kərə yağının qiyməti ilə bağlı QƏRAR
Gündəm / SiyasətBu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
Gündəm / CəmiyyətMilli Məclisin növbəti iclası təxirə salındı
SiyasətBaş nazirdən Kooperasiya Universiteti ilə bağlı QƏRAR
Gündəm / CəmiyyətGömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
Cəmiyyət / Hadisə