Gündəm / Siyasət
24 dekabr 2022
9
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" - Prezident
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Prezident qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır: “Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Daha çox xəbər:
Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq - Prezident
Gündəm / Siyasətİlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında yaradılan şəraitlə tanış olub
Gündəm / Cəmiyyət"Biz Zəngəzur dəhlizindən istifadə edərək..." - Prezident
Gündəm / Siyasət“Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur” - İlham Əliyev
Gündəm / Siyasət"Azad olunmuş ərazilər yerlə-yeksan edilib" - İlham Əliyev
Gündəm / Siyasət