Gündəm / Cəmiyyət
29 dekabr 2022
12
Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? - AÇIQLAMA
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacağı ilə xəbər yer alıb. Belə ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Azərbaycanda da 4 günlük iş rejimi tətbiq oluna bilərmi?
İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, 4 günlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır.
"Bu ölkə 4 günün iş, qalan 3-nün isə qeyri-iş günü olmasını tətbiq etmək niyyətindədir. Azərbaycanda isə 4 günlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əmək haqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı. Bu baxımdan, Azərbaycan əmək bazarında 4 günlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əmək haqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktuladır".
Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:
"Baxmayarıq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var. Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğullun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var. Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür".
Daha çox xəbər:
Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycanda insanların çölə çıxmasına bir neçə günlük qadağa qoyula bilərmi?-AÇIQLAMA
İqtisadiyyat / SosialAzərbaycanda 5 günlük bayram tətili başladı
Gündəm / CəmiyyətKoronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadıla bilərmi?- AÇIQLAMA
Cəmiyyət / SosialAzərbaycanda 4 günlük iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Gündəm / Dünya