Gündəm / Şou
03 yanvar 2023
5
Valeri Meladze Rusiya vətəndaşlığından məhrum edilə bilər

Rusiyalı senator, Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Yelena Afanasyeva hesab edir ki, müğənni Valeri Meladze Rusiya vətəndaşlığından məhrum edilməlidir.
O, bu barədə öz teleqram kanalında yazıb.
Afanasyeva öz kanalında Meladze ilə bağlı bir video yerləşdirib. Həmin videoda gürcü əsilli müğənninin Rusiya Federasiyasında qadağan olunmuş şüarı (Slava Ukraini -Yaşasın Ukrayna!) dəstəklədiyi görünür.
"Buna görə Meladze təkcə titullardan (Əməkdar artist) yox, həm də Rusiya vətəndaşlığından məhrum edilməlidir", - deyə Yelena Afanasyeva qeyd edib.

Daha çox xəbər:

Vardanyanı Rusiya vətəndaşlığından Putin çıxarıbmış
Gündəm / Dünya
“Tinkoff Bank”ın rəhbərinin Rusiya vətəndaşlığından imtina barədə paylaşımı ilə bağlı müəmma
Gündəm / Dünya
Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb
Gündəm / Dünya
Türkiyənin məşhur aparıcısı üç il azadlıqdan məhrum edilə bilər
Dünya
Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu bu gün keçiriləcək
Gündəm / Dünya