Gündəm / Cəmiyyət
06 yanvar 2023
6
Xidmət rəisi: “Müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər”
“Son illər aparılan tikinti layihələrinin böyük əksəriyyətində yaşıllıqların salınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bunu 10-15 il öncə aparılmış tikintilərə şamil etmək olmaz:
“Keçmişdə müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər. Nəinki yaşıllığın qorunması, hətta bəzən iki bina arasındakı məsafə tələbinə belə riayət olunmayıb. Lakin indi onlarla bağlı hansısa tədbir görmək mümkün deyil. Ən azından bu gün və bundan sonra buna əməl edilməsi vacib məsələdir. Çalışırıq ki, bunu təmin edək”.
Daha çox xəbər:
Xırdalanda gecə ilə 23 ağac kəsən kimlərdir? - NAZİRLİK DETALLARI AÇIQLADI
CəmiyyətAzərbaycanda bu cərimələr 10 dəfə ARTIRILIR
Gündəm / CəmiyyətBakının bu hissəsindəki ağaclar köçürüləcək
Cəmiyyət“Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil” - Rəisi
Gündəm / Siyasət“Bakıda son illər görmədiyimiz tıxaclar olacaq...”
Gündəm / Cəmiyyət