Gündəm / Siyasət
29 noyabr 2021
35

“Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil” - Rəisi

“Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil” - Rəisi

“Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil”.

Bunu İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”, - Rəisi bildirib.