Gündəm / İqtisadiyyat
03 fevral 2023
1
Tarif Şurası bu sahə üzrə qiymətləri də müəyyənləşdirəcək
Tarif Şurasının səlahiyyətləri artırılıb.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Tarif şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək.
Daha çox xəbər:
Tarif Şurasının bu səlahiyyəti ləğv edilib
Gündəm / SiyasətTarif Şurası qazın da qiymətini QALDIRDI
Gündəm / Cəmiyyətİlham Əliyev “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi
Gündəm / SiyasətTarif Şurası benzin və dizelin aksiz dərəcələri ilə bağlı QƏRAR VERDİ
Gündəm / Cəmiyyətİki nazirin müraciəti əsasında Tarif Şurası qiymətləri ARTIRDI
Gündəm / Cəmiyyət