Gündəm / Siyasət
18 fevral 2023
0

Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olundu

Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olundu


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, turizm informasiya mərkəzləri ləğv edilib.

Ləğv edilmiş mərkəzlər aşağıdakılardır:

1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

2. Şamaxı Turizm İnformasiya Mərkəzi;

3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;

4. Quba Turizm İnformasiya Mərkəzi;

5. Lənkəran Turizm İnformasiya Mərkəzi;

6. Gəncə Turizm İnformasiya Mərkəzi;

7. Şəki Turizm İnformasiya Mərkəzi;

8. Zaqatala Turizm İnformasiya Mərkəzi;

9. Qəbələ Turizm İnformasiya Mərkəzi;

10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;

11. Bərdə Turizm İnformasiya Mərkəzi.