Gündəm / Dünya
21 fevral 2023
0
ABŞ Baydenin Kiyevə səfəri ilə bağlı Rusiyaya məlumat veribmiş
ABŞ prezident Co Bayden Ukraynanın paytaxtı Kiyevə getməzdən əvvəl Rusiyanı səfərlə bağlı məlumatlandırıb.
Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan onlayn görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz ruslara məlumat vermişik ki, prezident Bayden Kiyevə gedə bilər”, - Sallivan ifadə edib.
Lakin o, Rusiyanın bu məlumatlara reaksiyası ilə bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Polşaya səfərindən əvvəl gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ukraynaya yeni 500 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

Daha çox xəbər:

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / Dünya
Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden
Gündəm / Dünya
ABŞ-ın iki yüksək çinli məmuru Ukraynaya GƏLƏ BİLƏR
Dünya
"Zelenskinin ABŞ-a getməsindən müsbət gözləntilərimiz yoxdur" - Kreml
Gündəm / Cəmiyyət
“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden
Gündəm / Dünya