Gündəm / Siyasət
28 fevral 2023
0
"Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur" - Nazir
"Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub".
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər”, - deyə o qeyd edib.
Daha çox xəbər:
Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / SiyasətAzərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
SiyasətBayramov Mirzoyanla danışdı: Razılıq əldə olundu
Gündəm / SiyasətÜçtərəfli danışığın detalları AÇIQLANDI
SiyasətRusiya Soçi görüşündən gözləntisini açıqladı
Gündəm / Siyasət