Gündəm / Siyasət
09 mart 2023
0
Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” TƏBİB-in tabeliyinə verildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.
Bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərmanda dəyişiklik edib.
Fərmanın qeyd edilən hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Daha çox xəbər:
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır
Gündəm / SiyasətSəhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / CəmiyyətBNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi
Gündəm / CəmiyyətSəhiyyə Nazirliyinin vəzifələri ARTIRILDI
Gündəm / CəmiyyətBu səhiyyə işçilərinin maaşları artırıldı
Gündəm / Cəmiyyət