Gündəm / Dünya
22 aprel 2020
23

Heç bir ölkənin qəbul etmədiyi gəmidə qalan azərbaycanlı danışdı: "Tək təsəlli..."

Milliinfo.az

Heç bir ölkənin qəbul etmədiyi gəmidə qalan azərbaycanlı danışdı: "Tək təsəlli..."


Heç bir ölkənin qəbul etmədiyi gəmidə qalan azərbaycanlı danışdı: "Tək təsəlli..."

Dünyada koronavirus pandemiyasının geniş yayılmadığı dövrdə bir çox insan müxtəlif ölkələrə səyahət etmişdi. Vəziyyətin təhlükəli hal almasından sonra bəziləri öz səyahətlərini başa vurdular. Lakin onlar arasında öz ölkələrinə qayıda bilməyən və səyahətlərini davam etdirmək məcburiyyətində qalanlar da var.
Bu şəxslərdən biri də səyahət gəmisi ilə dünya turnesinə çıxan 43 yaşlı həmyerlimiz Fərid Novruzidir.
Həmyerlimiz "Caspian Event Organisers" şirkətinin karantin dövründə yaratdığı layihəyə danışarkən bildirib ki, onun olduğu gəmini məlum səbəblərdən heç bir liman qəbul etmir: "Bütün sərnişinləri narahat edən gəmidə qalmaq deyil, nə vaxtsa sahilə çıxmaqdır. Gəmidə koronavirus infeksiyasına yoluxanlar olmasa da, pandemiya narahatlıq yaradır. Tək təsəlli gəmidə virusa yoluxanın olmamasıdır".

Qeyd edək ki, 16 mərtəbəli 1500 sərnişin tutumlu gəmi ilə Kolumbiyanın paytaxtı Boqota şəhərindən dünya səyahətinə çıxan həmyerlimiz gəmiyə Sakit okean sahillərində Cənubi Amerika ölkəsi olan Peruda fevralın 15-də minib.

Koronavirus təhlükəsi ilə əlaqədar ardıcıl olaraq bütün limanlar səyahət gəmilərini qəbul etməkdən imtina etdiklərinə görə kruiz gəmisi Avstraliyadan, Şri-Lankadan keçməklə Fransanın Marsel limanına gedib.