Gündəm / Təhsil
13 mart 2023
0

"Tədris aldığı ölkənin dilini bilmir, belə şəxsə necə diplom verək?" - Nazir

"Tədris aldığı ölkənin dilini bilmir, belə şəxsə necə diplom verək?" - Nazir


“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında olmadığından diploma hansı ixtisası yazım?!”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkəninin dilini bilmir, belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərini asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik”, - deyə nazir bildirib.

E.Əmrullayev həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib: “Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin may ayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mülahizələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər ümumiyyətlə dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”.