Gündəm / Cəmiyyət
04 aprel 2023
0

Ədalət Muradov 4 yeni dekan təyin etdi

Ədalət Muradov 4 yeni dekan təyin etdi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 dekan vəzifəsinə təyinatlar olub.

Bununla bağlı rektor Ədalət Muradov əmr imzalayıb.

Əmrə əsasən, Hafis Hacıyev Maliyyə və Mühasibat fakültəsinin, Elçin Eyvazov İqtisadiyyat və İdarəetmə fakültəsinin, Elçin Səmədov Mühəndislik fakültəsinin, Elman Cəfərov isə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan təyin edilib.