Gündəm / Cəmiyyət
12 aprel 2023
0
Dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib - Palata

Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib.
Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmaması hallarına 15 uyğunluq auditində rast gəlinib.
Audit sübutlarının təhlili qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl olunmadığını, tədbirlər üzrə təsdiqedici və əsaslandırıcı sənədlərin bəzi hallarda düzgün tərtib edilmədiyini və yaxud ümumiyyətlə tərtib olunmadığını, bəzi hallarda isə təqdim edilmiş sənədlərin əsaslı olmadığını göstərir.
Bundan əlavə, hesabat ilində də yanacaq sərfi normasının düzgün tətbiq edilməməsi, istifadəyə yararsız olan nəqliyyat vasitələri üçün təmir və s. xərclərin aparılması, ezamiyyə ilə bağlı və digər normalara əməl edilməməsi hallarına rast gəlinib.

Daha çox xəbər:

Bu xəstəxanalarda aparatlar işləmir - RƏSMİ
Gündəm / Cəmiyyət
Təhsil Nazirliyində pozuntular AŞKARLANDI
Cəmiyyət
Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
İqtisadiyyat
Dövlət qurumlarında yeni vəzifənin yaradılması təklif olunur
Gündəm / Cəmiyyət
Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK
Gündəm / Şou