Gündəm / Siyasət
17 aprel 2023
0

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb


“Qanunvericiliyə əsasən, hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə insanların şikayəti və hüquq anlayışı əsasdır:
“Yəni insanlar bir-birindən narazı olduğundan müxtəlif iddialar ola bilər. Misal olaraq, həyatda bəzi hallar baş verir, lakin müəyyən edilməsi mümkün olmur. Belə hallar da olur. İkinci məsələ isə direktorların seçimini bacardığımız qədər şəffaf şəkildə icra edirik. Şəffaf yolla seçilən məktəb rəhbərinin mütləq şəkildə nöqsanı olmayacaq anlayışı da ola bilməz.

Yaxud da nəyisə qəsdən etməyəcək deyə bir şey də yoxdur. Edəcəksə təbii ki, işdən azad olunacaq. Direktorun işdən azad edilməsi üçün də zəruri şərtlər var. Kimsə şikayət edəndə dərhal direktoru da işdən çıxara bilmərik. Çünki həmin şəxsin də əmək hüquqları var. Əmək qanunvericiliyi çərçivəsində işdən azad olunması mümkündür. Əks halda, direktor öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib işə bərpa oluna bilər. Yəni prosedur düzgün olmasa, həmin şəxslər geri qayıda bilirlər. Bu mənada qaydalara əməl etmək vacibdir”.