Gündəm / Cəmiyyət
01 mart 2023
6
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsinə start verdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsi 1 mart – 30 aprel 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq.
Layihənin ideyası “Qadın” adına hörmət və xəyanətin fərd, ailə, cəmiyyət və dövlət üçün nəticələrini müqayisəli şəkildə göstərmək məqsədilə “Qadın adı: hörmət və xəyanət” adlı sənədli filmi çəkmək, həmin filmi təqdim etmək yolu ilə cəmiyyətimizdə, xüsusilə gənc nəsildə milli-mənəvi dəyərlərimizə əsaslanan “qadına hörmət” ənənəsinin daha da təkmilləşməsinə töhfə vermək, qızların milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün maarifləndirmə işi həyata keçirilməsi nəzərdə tutulub.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəsildə milli-mənəvi dəyərlərimizə söykənən “qadına hörmət” ənənəsinin mükəmməl formada formalaşmasına və bununla da, ümumən, Azərbaycan cəmiyyətinin dayaqlarının daha da möhkəmlənməsinə töhfə vermək, gənc nəsil arasında milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Daha bir məqsəd isə, gələcəkdə möhkəm ailənin və bununla da möhkəm cəmiyyətin dayağı olan qızların milli-mənəvi dəyərlərimizə bağlılığını daha da möhkəmləndirmək, bu dəyərlərdən uzaqlaşmağın acı və, bir çox hallarda, faciəli nəticələrini göstərməkdir.
“Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması. Bu fəaliyyəti yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin qadın və uşaq sığınacaqları ilə əlaqələr yaradılaraq müsahibə verəcək respondentlərin siyahısı tərtib olunacaq. Bundan sonra çəkiliş qrupunun heyəti formalaşdırılacaq, müsahibələr alınacaq və zəruri videomateriallar çəkiləcək.
Ədəbi-bədii ssenarinin yazılması. Toplanmış materiallar və müsahibələr əsasında “Qadın adı: hörmət və xəyanət” sənədli filminin ədəbi-bədii ssenarisi yazılır.
Ssenarinin redaktə edilməsi və məsləhətçinin rəyinin alınması. “Qadın adı: hörmət və xəyanət” sənədli filminin ədəbi-bədii ssenarisi redaktə üçün filmin redaktoru tərəfindən redaktə edilir, sənədli filmdəki bütün vacib məqamlar filmin məsləhətçisi tərəfindən dəqiqləşdirilir, zərurət yarandıqda, zənginləşdirilir.
Ssenari əsasında sənədli filmin montaj prosesinin həyata keçirilməsi. Azərbaycan dilində mətn oxunur, videomontaj həyata keçirilir.
Ekspert rəyinin alınması. “Qadın adı: hörmət və xəyanət” sənədli filminin müvafiq ekspert rəyinin alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq.
Bakı şəhərində ali təhsil müəssəsində KİV-lərin iştirakı ilə “Qadın adı: hörmət və xəyanət” sənədli filmi geniş ictimaiyyətə təqdim olunacaq.
Daha çox xəbər:
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi narkomaniya əleyhinə layihəyə start verdi
Gündəm / CəmiyyətXurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” sənədli filminin təqdimatı keçirilib
Mədəniyyət“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi
Gündəm / Cəmiyyət“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi
Cəmiyyət“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Lənkaranda təqdimatını keçirdi
Gündəm / Cəmiyyət