Gündəm / Dünya
08 may 2023
0
Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir - Türkiyəli deputat
Türkiyə müxalifətinin təmsil olunduğu "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub.
Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.
Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yunus Kılıç məsələ ilə bağlı Modern.az-a bildirib ki, Türkiyənin Azərbaycanla əlaqələrini hazırda yüksək səviyyəyə çatdıran şəxslər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir.
“Azərbaycan və Türkiyənin əlaqələri qardaşlıqdan da öndədir. Əlaqələri yüksək səviyyədə davam etdirmək üçün ilk növbədə ölkələr arasında münasibətləri dərindən bilmək lazımdır. Kılıçdaroğlunun ölkələrimiz arasında əlaqələri gücləndirəcəyi şübhə altındadır. Bizim Kılıçdaroğlunun Türk dünyası ilə əlaqələri davam etdirməsinə dair şübhələrimiz var. Amma Türk millətinin onlara belə fürsəti verməyəcəyini də rahatlıqla deyə bilərəm”, - TBMM üzvü vurğulayıb.
Deputat Kılıçdaroğlunun yayılan videoya görə üzr istəməli olduğunu bildirib:
“Xalq Kılıçdaroğlunun nə dediyini anlamaqda çətinlik çəkir. O, işinə yaradığı kimi danışır. Dövələtlərarası hüquq var, ona görə də belə danışmaq düzgün deyil. Kılıçdaroğlu tezliklə bu məsələyə aydınlıq gətirməlidir. Əgər yanlış başa düşülübsə, Azərbaycandan üzr istəməsi lazımdır. Digər tərəfdən Kılıçdaroğlu eyham vurur ki, əlaqələr daha fərqli olacaq. Amma bildirməliyik ki, bizim əlaqələr pis deyil ki, yaxşı olsun".
Daha çox xəbər:
CHP sədri bu hərəkətinə görə tənqid olundu - VİDEO
Gündəm / DünyaKılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVAB
Gündəm / CəmiyyətKılıçdaroğlunun fotosu müzakirələrə səbəb oldu- Türkiyədə seçki öncəsi qalmaqal
Gündəm / DünyaKılıçdaroğlu Fatihə surəsini oxuya bilmədi - VİDEO
Gündəm / Dünyaİmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular
Gündəm / Dünya