Gündəm / İdman
20 may 2023
0
Avropa çempionatı: Ağamirova üçün medal şansı, qrup hərəkətləri komandası mübarizəyə başlayır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Azərbaycan təmsilçisi Zöhrə Ağamirova bu gün final çıxışlarını edəcək.
Gimnastımız fərdi çoxnövçülükdə medal qazanmağa çalışacaq. O, halqa, top və gürzlə kompozisiyalarını təqdim edəcək.
Bu gün, həmçinin, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Kollektiv beş halqa, üç lent və iki topla bacarıqlarını göstərəcək.
Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.
Ağamirova halqa ilə hərəkətlərdə 32,150, topla hərəkətlərdə isə 32,550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.
Daha çox xəbər:
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazanıb
İdmanAzərbaycan əsilli idmançı Rusiya çempionu oldu
İdmanBədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı
İdmanÖzbəkistanlı idmançı: "Bakıda tamaşaçıları çox bəyəndim"
İdmanMariana Vasileva bədii gimnastika üzrə Dünya Kuboku haqqında: Bizdə hər şey alınacaq
İdman