Gündəm / Cəmiyyət
20 may 2023
0
İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin yaxın günlərdə təsdiq olunacağı gözlənilir
“Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağını gözləyirik”.
“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.
O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.
“Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb”, - Z.Əliyev vurğulayıb.

Daha çox xəbər:

Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Səhiyyə
Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Siyasət / Sosial / Səhiyyə
İcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / Səhiyyə
Azərbaycan vətəndaşları Türkiyədə icbari tibbi sığortadan yararlana biləcək
Gündəm / Cəmiyyət
Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - RƏSMİ
Gündəm / Cəmiyyət