Gündəm / Siyasət
24 may 2023
0
Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər və icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha çox xəbər:
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi
Gündəm / İqtisadiyyatƏli Əsədov İqtisadi Şuranın iclasını KEÇİRDİ
Gündəm / İqtisadiyyatBaş nazir İqtisadi Şuranın iclasını keçirdi
İqtisadiyyatƏli Əsədov İnvestisiya Holdinqin Müşahidə Şurasının iclasını KEÇİRDİ
Gündəm / SiyasətAzərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Siyasət