Gündəm / Siyasət
03 iyun 2023
0
Azərbaycan və İndoneziya arasında imzalanan sənəd təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.
Daha çox xəbər:
İlham Əliyev FƏRMAN İMZALADI
Gündəm / Siyasətİlham Əliyev Qırğızıstanla Anlaşma memorandumlarını TƏSDİQLƏDİ
Gündəm / Siyasətİlham Əliyev BƏƏ ilə memorandumu təsdiq etdi
Gündəm / Siyasətİlham Əliyev Qazaxıstanla bağlı sazişi təsdiqlədi
Gündəm / SiyasətPrezident Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ
Gündəm / Siyasət