Gündəm / Cəmiyyət
10 iyun 2023
0
Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.
Milliinfo.az xəbər verir ki, “Sputnik Armeniya” əsgərimizin məhkəmə zalına gətirilmə görüntülərini yayıb.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Daha çox xəbər:

Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb
Gündəm / Dünya
Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si keçiriləcək
Gündəm / Dünya
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi
Gündəm / Cəmiyyət
Ermənistanda saxlanılan Aqşinə 11,5 il HƏBS VERİLDİ
Dünya
İrəvandakı hərbçilərimiz ailələrinə məktub göndərib
Gündəm / Cəmiyyət