Gündəm / Siyasət
10 iyun 2023
0
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı
İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon söhbəti zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Daha çox xəbər:
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Gündəm / SiyasətÜçtərəfli danışığın detalları AÇIQLANDI
SiyasətAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətCeyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib
Gündəm / SiyasətCeyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü
Gündəm / Siyasət