Gündəm / Siyasət
09 iyun 2023
0
Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.
Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Ceyhun Bayrmov iranlı həmkarı ilə müzakirə apardı
Gündəm / SiyasətAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətCeyhun Bayramov və Çavuşoğlu zəlzələ ilə bağlı vəziyyəti müzakirə etdi
Siyasət / GündəmCeyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / SiyasətAzərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Siyasət / Dünya