Gündəm / Cəmiyyət
12 iyun 2023
0
"Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir" - Anar Rzayev
Ölkədə Gürcüstan qeydiyyat nişanlı avtobuslar sərnişindaşımalar həyata keçirirlər.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
AYNA sədri bildirib ki, bu, yolverilməzdir və bütün ölkələrdə belədir.
O həmçinin qeyd edib ki, qanunvericilikdə iki sahədə boşluqlar mövcuddur. "Bunlar taksi aqreqatorları və nə avtobus, nə də taksi olmayan nəqliyyat vasitələri ilə sərnişindaşıma ilə bağlıdır. Qanunvericilikdə boşluqdan istifadə edən bu cür aqreqatorlar dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmurlar. Qanunvericiliyə edilən dəyişikliklər bu sahədə fəaliyyəti tənzimləmək məqsədi daşıyır".
Daha çox xəbər:
Nazir "TIR qalmaqalı"na görə onu İŞDƏN ÇIXARDI
Gündəm / CəmiyyətDeputatlar Türkiyəyə yardım kampaniyasına qoşulublar
Gündəm / CəmiyyətElman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır - FOTO
Gündəm / Cəmiyyət“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddə dəyişdi
Gündəm / CəmiyyətNazirlik taksi şirkətlərinə XƏBƏRDARLIQ ETDİ
Gündəm / İqtisadiyyat