Gündəm / Cəmiyyət
04 iyul 2023
0

Zəlzələdən sonra həyət evlərinin qiyməti bahalaşacaq? - AÇIQLAMA


Ötən gün baş verən zəlzələdən sonra fərdi evlərə tələbatın arta biləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, əgər təkanlar davamlı olsaydı, belə hal qeydə alına bilərdi.

Ekspert indiki halda zəlzələnin əmlak bazarında müəyyən dəyişikliyə gətirib çıxaracağını düşünmür. O qeyd edib ki, Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artmışdı.

"Əgər təkanlar davamlı olarsa, fərdi evlərə müraciətlər arta bilər. İndiki halda isə tələbatın artacağını düşünmürəm".