Gündəm / Cəmiyyət
04 iyul 2023
0

Deputat iclasa dərman gətirdi



“Apteklərdə nisyə dəftərləri görürük. Bu dövrdə nisyə dəftəri olmamalıdır”.

Bu fikirləri deputat Etibar Əliyev Səhiyyə komitəsinin iclasında bildirib.

“Özümlə bura dərman gətirmişəm. Qiyməti 35 manat olan dərman bağırsaq florasına faydalıdır. İçliyi oxuyuram (deputat dərman içliyini oxuyur – red.) yazılıb ki, dərman vasitəsi deyil, qida əlavəsidir. Xəstəliklərin müalicəsi üçün istifadə oluna bilməz. Bəs nə üçün istifadə olunmalıdır?! Sadə vətəndaş bu içliyi oxuyub bir çox sualla qarşı-qarşıya qalır”, - deyə deputat vurğulayıb.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov isə bildirib: “Apteklərdə dərmanların nisyə satılması biznes vasitəsidir. Buna Səhiyyə Nazirliyi qarışa bilməz”.